Yuxarı
    Bağlamaq

    Proqnoz: Neftin orta qiyməti 40-50 dollar diapazonunda hərəkət edəcək

    Neft quyularının işini bərpa etməsi qlobal bazarda ​qiymətləri aşağı salıb

    Bakı. 11 iyun. REPORT.AZ/ Ötən gün qlobal bazarda neft qiymətləri 3% azalma göstərib. "Report" xəbər verir ki, "Brent" markalı neft iyunun 10-da 2,89% azalaraq 50,45 dollar/barelə, WTI markalı neft isə 3,26% ucuzlaşaraq 48,91 dollar/barelə enib. 

    Neftin qiymətinin azalmasına ABŞ-da neft-qaz quyularının sayının artması səbəb olub. Belə ki, ABŞ-ın "Baker Hughes" serviz şirkətinin açıqladığı son həftəlik statistik hesabara əsasən, iyunun 3-10-da ABŞ-da aktiv neft-qaz quyularının sayı 6 ədəd və ya 1,5% artaraq 414-ə yüksəlib. Qeyd edək ki, neft-qaz quyularının fəaliyyətini bərpa etməsi prosesi ikinci həftədir ki, davam edir. Hesabat dövründə neft quyularının sayı 3 ədəd və ya 0,9% artaraq 328, qaz quyularının sayı 3 ədəd və ya 3,6% aratarq 86 təşkil edib. Dövr ərzində Kanadada da neft-qaz quyularının sayında artım qeydə alınıb. Burada aktiv neft quyularının sayı 16 ədəd və ya 1,2 dəfə artaraq 29, qaz quyularının sayı isə 8 ədəd və ya 28,6% artaraq 36 ədəd təşkil edib.

    "Baker Hughes" şirkətinin hesabatına əsasən, iyunun 1-nə dünya üzrə aktiv neft-qaz quyularının sayı 1 405 ədəd olub. Bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 19 ədəd və ya 1,3% azdır. Ötən il iyunun 1-nə olan aktiv neft-qaz quyularının sayı ilə müqayisədə isə azalma 722 ədəd və ya 33,9% təşkil edib.

    May ayında ABŞ-da aktiv neft-qaz quyularının sayı 29 ədəd və ya 6,6% azalaraq 408 ədəd, Kanadada isə 1 ədəd və ya 2,4% artaraq 42 ədəd, digər ölkələrdə isə 9 ədəd və ya 0,9% artaraq 955 ədəd təşkil edib.

    Keçən ilin analoji dövrü ilə müqayisədə ABŞ-da aktiv neft-qaz quyularının sayında 481 ədəd və ya 54%, Kanadada 38 ədəd və ya 47,5%, digər ölkələrdə isə 203 ədəd və ya 17,5% azalma müşahidə edilib.

    "Report"un analitik qrupu hesab edir ki, neft quyularının fəaliyyətini bərpa etməsi neft hasilatını, yəni təklifi artırmaqla qiymətlərin aşağı enməsi ilə nəticələnə bilər. Bu da öz növbəsində aktiv neft quyularının yenidən azalmasına gətirib çıxaracağından yekunda neftin 40-50 dollar/barel diapazonunda hərəkət etməsinə gətirib çıxaracaq. Neft qiymətlərinin artması ancaq qlobal iqtisadi artım tempinin sürətlənməsi nəticəsində baş verə bilər ki, hazırkı iqtisadi şərait qlobal iqtisadiyyatın yavaşlaması ehtimallarını gücləndirdiyindən neftə tələbatın azalması və qiymətlərin 30-40 dollar/barel diapazonuna düşməsi mümkün ola bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi