Yuxarı

Proqnoz: Gələn il neftin qiyməti 5 dollar azalacaq

​Proqnoz: Gələn il neftin qiyməti 5 dollar azalacaq

Azərbaycan hökuməti gələn il dünya bazarında neftin qiymətinin azalacağını proqnozlaşdırır.

“Report" xəbər verir ki, bu barədə 2020-ci ilin büdcə zərfində qeyd edilib.

Proqnoza əsasən, 2020-ci ildə dünya bazarında neftin qiyməti 2019-cu ilin proqnozundan 5 dollar azalaraq 55 dollar/barel olacaq.

Proqnoza görə, 2021-2022-2023-cü illərdə də neftin dünya bazarında orta qiyməti 55 dollar/barel təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə neftin orta qiyməti 71,1 dollar/barel olub. 2019-cu il üzrə proqnoz isə 60 dollar/barel təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi