Proqnoz: 2018-ci ilin ortalarınadək neftin qiyməti sabit qalacaq

Proqnoz: 2018-ci ilin ortalarınadək neftin qiyməti sabit qalacaq "Bank of America": OPEC hasilatın azaldılması anlaşmasını 3 ay uzadacaq
Energetika
12 Aprel , 2017 15:51
Proqnoz: 2018-ci ilin ortalarınadək neftin qiyməti sabit qalacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Neft hasilatının azaldıması ilə bağlı OPEC və kartelə üzv olmayan neft hasilatçısı ölkələrinin 30 noyabr 2016-cı il Vyana anlaşmasının müddətini 6 ay deyil, 3 ay uzadacağı gözlənilir. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla "Bank of America" investisiya bankı çıxış edib. 

Bankın proqnozuna əsasən, anlaşmanın uzadılmasının müsbət təsiri artıq neft qiymətlərində öz əksini tapıb. Bankın ekspertlərinin fikrincə, anlaşmanın iştirakçıları daha ehtiyatlı mövqe tutaraq prosesin necə cərəyan edəcəyini görmək istəyəcək.

"Bank of America" həmçinin Səudiyyə Ərəbistanının 2018-ci ilin II yarısında "Saudi Aramco" dövlət neft şirkətinin 5% səhmlərini qlobal fond birjalarında özəlləşdirməsi fonunda neftin qiymətinə bu tarixə qədər dəstək verəcəyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi