Yuxarı
    Bağlamaq

    Proqnoz: 2018-ci il ilin ilk yarısında neftin orta qiyməti 35 dollar/barelə düşəcək

    Seaport Global: Neftin 40 dollar/barelə enməsi bazarda tarazlıq yaradacaq© Report.az

    Bakı. 21 iyun. REPORT.AZ/ Qlobal neft bazarında tarazlığın təmin edilməsi üçün qiymətlərin 40 dollar/barelə qədər enməsi vacibdir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu fikri mərkəzi Nyu-Yorkda yerləşən "Seaport Global" investisiya bankının Energetika Departamentinin rəhbəri Mayk Kelli (Mike Kelly) bildirib.

    "Əgər qiymətlər düşməsə, o zaman, 2018-ci ildə neft bazarında 2,2 mln. barel/gün həcmində əlavə təklif əmələ gələcək", - deyə analitik qeyd edib.

    "Seaport Global" 2018-ci ildə neft qiymətlərinin 20 dollar düşəcəyini və orta qiymətin ilin ilk yarısında 35 dollar/barelə çatacağını ehtimal edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi