Geologiya və Geofizika İnstitutunun professoru: "Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"

Geologiya və Geofizika İnstitutunun professoru: "Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur" Hazırda təxminən 24-25 perspektiv neft-qaz strukturu var
Energetika
4 Yanvar , 2016 14:07
Geologiya və Geofizika İnstitutunun professoru: Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur

Bakı. 4 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları hesablamalardan daha çoxdur. Hazırda təxminən 24-25 perspektiv neft-qaz strukturu var.

Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Dadaşov bildirib.

O qeyd edib ki, bütün strukturlarla birgə təxminən 10 trln. kubmetr karbohidrogen ehtiyatları var.

F.Dadaşovun sözlərinə görə, bu ehtiyatlar əsasən qaz və kondensat ehtiyatlarıdır:

"Perspektiv strukturlar açıldıqdan sonra ehtiyatlar daha dəqiq müəyyənləşəcək. Bu perspektiv strukturların ehtiyatları böyükdür. Bu strukturlar barədə Azərbaycan alimlərinin uzun illər apardığı seysmik tədqiqatlar zamanı ətraflı qeyd olunub".

O qeyd edib ki, hazırda çıxarıla bilən ehtiyatlar dənizin şelf zonasında olan yataqlarda hesablanır:

"Dənizin daha dərinliklərində kəşfiyyata ehtiyac var. Bu isə böyük məbləğ tələb edir və risklidir".

Son xəbərlər

Orphus sistemi