Türkmənistan Prezidenti: “Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər”

Türkmənistan Prezidenti: “Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər” Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər.
Energetika
12 avqust 2019 07:01
Türkmənistan Prezidenti: “Xəzərdəki neft-qaz yataqlarının işlənməsi regionun inkişafı üçün güclü impuls ola bilər”

Xəzər dənizinin karbohidrogen ehtiyatlarından səmərəli istifadə regionun iqtisadiyyatının böyüməsi üçün güclü impuls ola bilər.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən I Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, region ölkələri Xəzərin inkişafı üçün aktual praktik məsələlərin həllinə yönəlməlidir və “Xəzər enerjisi” regionun iqtisadiyyatının dinamik inkişafı üçün əsas olmalıdır: “Xəzərdə karbohidrogen hasilatının artması regionda bütün iqtisadi mənzərəni əsaslı şəkildə dəyişdirməyə, onu bərabərhüquqlu və effektiv tərəfdaş kimi qlobal iqtisadi məkana inteqrasiya etməyə qadirdir”.

Son xəbərlər

Orphus sistemi