Prezident "Qaz təchizatı haqqında" qanuna dəyişiklikləri təsdiq edib

Prezident "Qaz təchizatı haqqında" qanuna dəyişiklikləri təsdiq edib Sərəncanm iyunun 3-də imzalanıb
Energetika
5 İyun , 2017 16:22
Prezident Qaz təchizatı haqqında qanuna dəyişiklikləri təsdiq edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də “Qaz təchizatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2017-ci il 14 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. “Report” bu barədə rəsmi KİV-ə istinad xəbər verir.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan qanunları və Prezidentin aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Nazirlər Kabineti normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların “Qaz təchizatı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi