Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.
Energetika
29 May , 2018 16:16
Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.

"Report"un xəbərinə görə, dövlət başçısı Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirakına görə minnətdarlığını bildirib.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd edib və bu tədbirə dəvətə görə minnətdarlığını bildirib. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb.

Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində Azərbaycanın təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


*** 15:15

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.

Bu barədə "Report" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.  

Son xəbərlər

Orphus sistemi