Prezident İlham Əliyev: “Neftçilərin zəhməti hesabına ölkəmizdə böyük iqtisadi potensal yaranıb”

Prezident İlham Əliyev: “Neftçilərin zəhməti hesabına ölkəmizdə böyük iqtisadi potensal yaranıb” Dövlət başçısı deyib ki, “Əsrin müqaviləsi” Azərbaycana güc, nəfəs verdi
Energetika
8 Noyabr , 2017 14:32
Prezident İlham Əliyev: “Neftçilərin zəhməti hesabına ölkəmizdə böyük iqtisadi potensal yaranıb”

Bakı. 8 noyabr. REPORT.AZ/ “Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizdə böyük iqtisadi potensal yaranıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən mərasimdə bildirib.

Xəzər dənizində neft-qaz yataqlarının aşkarlanmasında, istismarında və bütövlükdə Azərbaycanın inkişafında neftçilərin rolu yüksəkdir. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə ölkəmizdə 1 milyardıncı ton neftin hasil edilməsi ilə bağlı tədbir keçirilib”.

Prezident 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunaraq qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycana güc, nəfəs verdi, ölkəmizə investisiya gətirdi: “Həmin müqavilə Azərbaycanı tanıda bildi, dünyada Azərbaycana maraq artdı. Bu müqavilənin icrası nəticəsində ölkəmizdə infarstruktur layihələri icra edildi”.

Son xəbərlər

Orphus sistemi