"Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti
Dövlət başçısı bildirib:
"Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər
Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır".