​Prezident: "Bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır"

​Prezident: "Bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır" "Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir"
Energetika
25 Noyabr , 2015 03:07
​Prezident: Bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 24-də V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.

"Energetika sektorunda Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. “Cənub” qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. “Cənub” qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir".

Son xəbərlər

Orphus sistemi