Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü

Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
Energetika
144
14 Fevral , 2020 18:46
Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Fatih Birol Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masadakı çıxışını çox yüksək qiymətləndirdi. İcraçı direktor qeyd etdi ki, Azərbaycan dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanınır, bu da bilavasitə Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Görüşdə OPEC+ formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirilib. Son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulanıb, eyni zamanda dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi