Prezident: "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır"

Prezident: "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır" İlham Əliyev: "Burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır"
Energetika
14 İyul , 2016 16:35
Prezident: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır

Bakı. 14 iyul. REPORT.AZ/ "Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasında maraqlıdır".

"Report" Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıya rəsmi səfərə gələn ukraynalı həmkarı Pyotr Poroşenko ilə birgə mətbuat konfransında deyib.

"Ukrayna bu layihənin imkanlarından istifadə edə bilər", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti həmçinin yaxın gələcəkdə qədim İpək Yolunun bərpası sayılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə veriləcəyini qeyd edib. "Burada da Ukrayna şirkətləri üçün yeni imkanlar açılır", - deyə, o, vurğulayıb.

Son xəbərlər

Orphus sistemi