Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Energetika
694
3 Mart , 2020 18:28
Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sıra №-si Ərazi vahidləri
Ağstafa rayonu
1. Dağ Kəsəmən kəndində yeni massiv
Gədəbəy rayonu
1. Arıqıran kəndi
2. Gərgər kəndi
3. Qasımlı kəndi
Şəmkir
1. Aşağı Çaykənd kəndi
2. Şəmkir şəhərində 2 yeni massiv
Tovuz rayonu
1. Cirdək kəndi
2. Çatax kəndi

Son xəbərlər

Orphus sistemi