"Power China" Korporasiyasının nümayəndə heyəti Azərbaycana gəlib

"Power China" Korporasiyasının nümayəndə heyəti Azərbaycana gəlib Çin nümayəndə heyəti tezliklə alternativ enerji sahəsində birgə layihələrə başlamaq niyyətində olduğunu bildirib
Energetika
28 Yanvar , 2016 14:48
Power China Korporasiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünyanın ən iri mühəndislik-layihələndirmə şirkətlərindən olan "Power China" Korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib. Alternativ və Bərpa olunan Enerji Məsələləri üzrə Dövlət Agentliyindən (ABOEMDA) "Report"a verilən məlumata görə, səfər alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyır.

Dövlət Agentliyinin sədri Akim Bədəlov iki ölkə arasında sıx əməkdaşlığın olduğunu, həmçinin Çin şirkətlərinin Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində inkişafı istiqamətində investisiya qoyuluşu üçün göstərdikləri təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib.

Çin nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə qeyd edilən sahədə birgə layihələrə başlamaq niyyətində olduqlarını bildirib.

Səfər çərçivəsində Dövlət Agentliyi tərəfindən təsis edilmiş "Azalternativenerji" MMC və "Power China" arasında gələcək fəaliyyət planı üzrə işgüzar görüşlər baş tutub, o cümlədən qonaqlar “Azgüntex” günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu, Pirallahı Günəş Elektrik Stansiyası ilə tanış olublar.

Qeyd edək ki, 2014-cü ildə "Power China"nın illik gəliri 42,4 mlrd. ABŞ dolları təşkil edib, işçilərinin sayı isə 200 min nəfərdir. Şirkət 110 ölkədə 1 565 layihə həyata keçirir.

Son xəbərlər

Orphus sistemi