Polşalı ekspert: “Bizim bazarda SOCAR kimi qlobal oyunçunun olmasına ehtiyac var”

Polşalı ekspert: “Bizim bazarda SOCAR kimi qlobal oyunçunun olmasına ehtiyac var” "Polşa bazarında da SOCAR kimi qlobal oyunçunun olması müsbət hal olardı"
Energetika
29 Dekabr , 2018 11:12
Polşalı ekspert: “Bizim bazarda SOCAR kimi qlobal oyunçunun olmasına ehtiyac var”

Varşava. 29 dekabr. REPORT.AZ/ “Azərbaycanla Polşa arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr mövcuddur. Polşa bu əlaqələrini, xüsusilə Avropa İttifaqı çərçivəsində enerji sahəsində əlaqələrini inkişaf etdirməlidir. Düşünürəm ki, rəsmi Varşava buna maraqlıdır”.

Bunu “Report”un Varşava bürosuna açıqlamasında Polşanın iqtisadçı eksperti Filip Bjozovski bildirib.

O qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi enerji layihələri Polşanın da həyatında mühüm rol oynayır: “2017-ci ildə Azərbaycanla Polşanın Energetika nazirlikləri arasında memorandum imzalandıqdan sonra bu, aktiv fazaya keçdi. Düşünürəm ki, bu əlaqələri daha da inkişaf etdirmək olar. Məsələn, Avropanın bir sıra ölkələrində fəal olan Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Polşada da eyni missiyanı həyata keçirə bilər”.

"Avropanın bir sıra ölkələrində SOCAR istər yanacağın keyfiyyətinə görə, istərsə də Avropa tələblərinə uyğun şirkət kimi fəaliyyətinə görə nümunəvidir. Bu, bizim diqqətimizi çəkir".

Filip Bjozovski

Polish economist Filip Bjozovsky

F.Bjozovski deyib ki, Azərbaycanın Avropaya qaz nəqlini nəzərdə tutan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi reallaşdıqdan sonra bu qitədə Azərbaycan qazı daha da aktual olacaq: “Hazırda təəssüf ki, Azərbaycan neftini ala bilmirik. Dolayı yolla çox cüzi miqdarda bizə gəlib çatır. Halbuki bizim buna, xüsusilə SOCAR-ın fəaliyyətinə ehtiyacımız var. Çünki biz müşahidə edirik ki, Avropanın bir sıra ölkələrində SOCAR istər yanacağın keyfiyyətinə görə, istərsə də Avropa tələblərinə uyğun şirkət kimi fəaliyyətinə görə nümunəvidir. Bu, bizim diqqətimizi çəkir”. 

Ekspert bildirib ki, Polşa bazarında da SOCAR kimi qlobal oyunçunun olması müsbət hal olardı: “Dediyim kimi, Avropanın bir çox yerlərində SOCAR-ın yanacaqdoldurma məntəqələri var və orada göstərdiyi fəaliyyət Polşada da onun fəaliyyətinə ehtiyac yaradıb. Ümid edirəm ki, yaxın zamanlarda Polşada SOCAR-ın fəaliyyəti qurular və biz də bundan faydalanarıq”. 

Son xəbərlər

Orphus sistemi