Yanuş Pexoçinski: "Azərbaycan Polşanın Qafqazda strateji tərəfdaşıdır"

Yanuş Pexoçinski: "Azərbaycan Polşanın Qafqazda strateji tərəfdaşıdır" Natiq Əliyev: "Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Polşanın ən etibarlı tərəfdaşıdır"
Energetika
15 Dekabr , 2014 17:19
Yanuş Pexoçinski: Azərbaycan Polşanın Qafqazda strateji tərəfdaşıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Polşanın Qafqazda strateji tərəfdaşıdır. "Report"un verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının iclasında çıxış edən Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bildirib. 

Onun sözlərinə görə, Azərbaycanla Polşa arasındakı münasibətlər təkcə ticarət sektoru ilə məhdudlaşmamalıdır: "Hesab edirəm ki, ölkələrimiz arasındakı əlaqələr təkcə alış-satış səviyyəsində qalmamalıdır. Xüsusən də istehsal və investisiya məsələlərində aktivliyimizi artırmalıyıq. Artıq azərbaycanlı iş adamları Polşada əhəmiyyətli yatırımlar ediblər. İnanıram ki, bu, daha da genişlənəcək".

Polşalı nazirin fikrincə, Azərbaycanla Polşa Avropa İttifaqı (Aİ) çərçivəsində də əhəmiyyətli əməkdaşlıq edir: "Ölkələrimiz bir çox sahələrdə eyni fikirdə olub. Bizim Aİ çərçivəsində də uğurlu əməkdaşlığımız var. Hesab edirəm ki, xüsusən də regional əhəmiyyətli məsələlərdə bir-birimizi dəstəkləməliyik. Polşa hər zaman bu məsələlərdə Azərbaycanın yanındadır".

Azərbaycanın energetika naziri Natq Əliyev isə iki ölkə arasında münasibətlərin bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatda da inkişaf edən tempdə davam etdiyini bildirib: "Ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində hər iki prezidentin rolu böyükdür. Bizim bir çox sahələrdə sıx əlaqələrimiz var. Enerji təhlükəsizliyi sahəsində Azərbyacan Avropa ölkələrinin, xüsusən də Polşanın ən etibarlı tərəfdaşıdır".

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan-Polşa biznes forumu da keçirilib.

Son xəbərlər

Orphus sistemi