Polşa ABŞ-dan qaz almağa başlayır

Polşa ABŞ-dan qaz almağa başlayır Polşa ümumiyyətlə Rusiya qazından imtina edə bilər
Energetika
31 May , 2017 16:57
Polşa ABŞ-dan qaz almağa başlayır

Bakı. 31 may. REPORT.AZ/ Polşa artıq iyun ayının ortalarında ABŞ maye qazının ilk partiyasını almağa hazırlaşır. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə "LNG World News" məlumat yayıb. Məlumatda bildirilir ki, qaz ABŞ-ın "Cheniere" şirkəti tərəfindən ixrac olunur.

Polşa hökumətinin strateji energetika infrastrukturu məsələləri üzrə nümayəndəsi Petr Naimski hesab edir ki, ABŞ maye qazının idxalı regionda Rusiya "Qazprom"unun hakim mövqeyini zəiflədə bilər. Perspektivdə isə Polşa ümumiyyətlə Rusiya qazından imtina etmək niyyətindədir.

Polşanın qaz ehtiyacı ildə 15 mlrd. kubmetrdir. 2022-ci ildə onun "Qazprom"la müqaviləsi sona çatır. Polşa tərəfi müqaviləni uzatmayacağını bildirib. Bununla yanaşı, ABŞ qazının qiyməti rəqabəti gücləndirib və hazırda 1000 kubmetri 110-120 dollara satılır. "Qazprom" isə öz növbəsində büdcəsinə qazın qiymətini 170 dollar/1000 kubmetrdən daxil edib. ABŞ ixracatçıları həmçinin öz hesablarına üzən maye qaz terminalları qurmağa hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi