Polşa baş nazirinin müavini: Odessa-Brodı layihəsi sual altındadır

Polşa baş nazirinin müavini: Odessa-Brodı layihəsi sual altındadır "Biz Ukrayna və Rusiya arasında qaz böhranından dərsimizi aldıq"
Energetika
16 Dekabr , 2014 16:40
Polşa baş nazirinin müavini: Odessa-Brodı layihəsi sual altındadır

Bakı. 16 dekabr. REPORT.AZ/ Odessa-Brodı-Plotsk layihəsinin həyata keçirilməsi Ukraynadakı hadisələr səbəbindən təhlükə altındadır. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski bildirib. 

"Bu layihəyə başqa cür baxmaq lazımdır, çünki Ukrayna iqtisadiyyatı azalır, buna görə də layihə sual altındadır", - baş nazirin müavini qeyd edib. 

Y.Pexoçinski enerji əməkdaşlığı və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsini şərh edərkən bunları deyib: "Biz Ukrayna və Rusiya arasında qaz böhranından dərsimizi aldıq və min kilometr boru kəməri inşa etdik. "Nabucco-West", "Cənub axını" layihələri baş tutmadı və düşünürəm ki, sizin layihəniz Avropada bizim enerji təhlükəsizliyimizin mühüm vasitəsi kimi qəbul ediləcək".

Polşalı nazir həmçinin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığın davam etdirilməsinə və Mərkəzi və Şərqi Avropada ən böyük fond birjalarının biri olan Varşava Fond Birjasında Azərbaycan şirkətlərinin də təmsil olunacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi