"Pirallahı adası-quru" yatağında ilk horizontal quyu istismara verilib

"Pirallahı adası-quru" yatağında ilk horizontal quyu istismara verilib ARDNŞ "Pirallahı adası-quru" yatağında 1211 nömrəli quyunu qazmadan sonra istismara verib
Energetika
29 Oktyabr , 2014 13:33
Pirallahı adası-quru yatağında ilk horizontal quyu istismara verilib
Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti "Pirallahı adası-quru" yatağındakı 1211 nömrəli quyunu qazmadan sonra istismara verilib.

Dövlət Neft Şirkətindən "Report"a verilən məlumata görə, "Abşeronneft" Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılmış quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, bu, müasir texnika və texnologiyadan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur. 

Son xəbərlər

Orphus sistemi