Bakı.28 fevral.REPORT.AZ/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 quyunun qazma işlərini davam etdirir.
"Report" SOCAR-a istinadən xəbər verir ki, 1140 nömrəli meydançada 1193 nömrəli quyunun layihə dərinliyi 895 metr, 1150 nömrəli meydançada 1160 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.