Bakı. 30 mart. REPORT.AZ/ Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 1189 nömrəli quyunun layihə dərinliyi 640 metr, 1181 nömrəli quyunun layihə dərinliyi 740 metr, 1143 nömrəli quyunun layihə dərinliyi isə 870 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.