Dövlət Neft Şirkətindən "Report"a verilən məlumata görə, "Abşeronneft" Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılmış quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, bu, müasir texnika və texnologiyadan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur.