PIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu

PIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu Dövlət Neft Fondu 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb
Energetika
101
6 Mart , 2021 12:37
PIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu

Neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülmüş və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasında əhəmiyyətli töhfə verilib.

“Report” ABŞ-ın nüfuzlu Peterson İnstitute For International Economics (PIIE) tərəfindən tərtib edilən və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlinə istinadən xəbər verir ki, ARDNF dünyanın ən şəffaf 64 suveren fond arasında 92 xal toplayaraq beşinci yerdə qərarlaşıb.

2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplamışdır.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu eyni zamanda suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib etmişdir. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. Azərbaycan Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşmışdır.

ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PİİE) 1981-ci ildə təsis edilmişdir və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşmışdır. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın 1 nömrəli “Think Tank”ı statusunu qazanmışdır və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşmışdır. Eyni zamanda PİİE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə ARDNF-in aktivləri 43 mlrd 564,3 mln ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 0,6 % çoxdur.

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə Fondun büdcə xərcləri büdcə gəlirlərini üstələsə də, vəsaitlərin idarə edilməsindən əldə edilmiş və büdcədənkənar gəlirlər (3,2 milyard ABŞ dolları) hesabına aktivlərdə artım baş verib.

Son xəbərlər

Orphus sistemi