"PetroVietnam"ın sabiq rəhbəri dövlət əmlakını mənimsədiynə görə edam olunacaq

"PetroVietnam"ın sabiq rəhbəri dövlət əmlakını mənimsədiynə görə edam olunacaq Xanoy Məhkəməsi Nquen Suan Şonu 3 maddə üzrə təqsirli bilib
Energetika
29 Sentyabr , 2017 17:11
PetroVietnamın sabiq rəhbəri dövlət əmlakını mənimsədiynə görə edam olunacaq
REUTERS/Kham Reuters

Bakı. 29 sentyabr. REPORT.AZ/ Vyetnamın "PetroVietnam" dövlət neft-qaz şirkətinin Direktorlar Şurasının sədri Nquen Suan Şon dövlət əmlakını böyük həcmdə mənimsədiyinə görə, Xanoy Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə VNA agentliyi məlumat yayıb.

Məhkəmə Nquen Suan Şonu 3 maddə - iqtisadiyyatın idarə edilməsində normativ aktların pozulması nəticəsində büdcə vəsaitlərində itkiyə səbəb olma, xidməti vəzifədən sui-istifadə etmə və dövlət əmlakının xüsusilə yüksək miqdarda mənimsənilməsi üzrə təqsirli bilib.

Şonla bərabər daha 50 dövlət məmuru və "Ocean Bank"ın əməkdaşı tutulub. Onlara müxtəlif azadlıqdan məhrumetmə cəzaları verilib. Qeyd edək ki, Şon daha əvvəl "Ocean Bank"da rəhbər vəzifə tutub.

Son xəbərlər

Orphus sistemi