“PetroChina” şirkətinin mənfəəti 78% azalıb

“PetroChina” şirkətinin mənfəəti 78% azalıb Şirkətin mənfəəti 1,4 mlrd. dollar olub
Energetika
31 Mart , 2017 14:52
“PetroChina” şirkətinin mənfəəti 78% azalıb

Bakı. 31 mart. REPORT.AZ/ “PetroChina” şirkətinin 2016-cı ildə xalis mənfəəti 78% azalaraq 7,86 mlrd. yuan (1,4 mlrd. dollar) təşkil edib.

“Report” xəbər verir ki, şirkətin ötən ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında gəlirlərinin 1,62 trln. yuan olduğu açıqlanıb.

2016-cı ildə şirkətin yerli əməliyyatlardan xam neft hasilatı 2015-ci illə müqayisədə 5,3% aşağı düşərək 763,8 mln. barel olub. “PetroChina” şirkətinin xarici əməliyyatlarda hasilatı neft və qaz ekvivalentində 201,3 mlrd. barel olub ki, bu da 2015-ci illə müqayisədə 1,1% azdır.

Son xəbərlər

Orphus sistemi