"Petro-Logistics"in hesabatı nefti 3% ucuzlaşdırıb

"Petro-Logistics"in hesabatı nefti 3% ucuzlaşdırıb İnvestorlar OPEC+ anlaşmasının pozulmasından narahatdırlar
Energetika
22 İyul , 2017 14:33
Petro-Logisticsin hesabatı nefti 3% ucuzlaşdırıb

Bakı. 22 iyul. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti dünən 1,42 dollar/barel və ya 2,88% düşüb. "Report" xəbər verir ki, ucuzlaşmaya səbəb İsveçrənin "Petro-Logistics" konslatinq şirkətinin hesabatı olub. 

Hesabatda şirkətin rəhbəri Daniel Gerber (Daniel Gerber) bildirib ki, OPEC-in iyulda hasilatı 145 min barel/gün artaraq 33 mln. barel/gün səviyyəsini ötə bilər. Hasilatı artıran ölkələr arasında S.Ərəbistanı, BƏƏ və Nigeriyanın adı çəkilir.

Qeyd edək ki, OPEC-in hesabatına görə, təşkilata üzv ölkələr iyunda gündəlik neft hasilatını 393 min barel və ya 1,22% artıraraq 32,611 mln. barelə çatdırıb.

Xatırladaq ki, dünən "Baker Hughes" neft-qaz xidmət şirkətinin hesabatında ABŞ-da son həftə ərzində aktiv neft quyularının sayında 1 ədəd azalma olduğu bildirilsə də, bu xəbər neftin qiymətinə müsbət təsir edə bilməyib. İnvestorlar OPEC-in hasilatı artırması və ümumiyyətlə OPEC+ anlaşmasının pozulmasından narahatdırlar.