Yuxarı
    Bağlamaq

    ​"Petlim" limanının I fazası gələn ay tamamlanacaq

    Konteyner limanının 2016-cı ilin yanvar ayından gəmiləri qəbul edəcəyi planlaşdırılır

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkəti tərəfindən İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının ilk fazası oktyabrın 20-də tamamlanacaq. "Report" bu barədə "SOCAR Turkey" şirkətinə istinadən xəbər verir.

    Qeyd edək ki, "Petlim" konteyner limanının 2016-cı ilin yanvar ayından gəmiləri qəbul edəcəyi planlaşdırılır. Bu konteyner limanı Türkiyənin üçüncü, Egey dənizində isə ən böyük konteyner limanı olacaq, 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri limana yanaşa biləcək.

    "Petlim" layihəsinin ümumi investisiya dəyəri 400 mln. ABŞ dollarıdır. Bunun 300 mln.-u "Petkim Holding" maliyyələşdirib. Limanda "Goldman Sachs" investisiya bankı 30% paya malikdir.

    Limanın menecmenti 28 il müddətinə dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan “APM Terminals” şirkəti tərəfindən həyata keçiriləcək və gəlir ortaqlığı razılaşmasına əsasən "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi