“Petlim” limanı bu həftə fəaliyyətə başlayacaq

“Petlim” limanı bu həftə fəaliyyətə başlayacaq Bu barədə KAP-da məlumat yayılıb
Energetika
5 Dekabr , 2016 11:20
“Petlim” limanı bu həftə fəaliyyətə başlayacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin (Türkiyə) Petkim yarımadası ərazisində inşa etdirdiyi “Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə əsas payı SOCAR-a məxsus olan “Petkim Holding”in Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumatda qeyd olunub.

“Petlim Limancılıq Ticaret A.Ş.”-nin ümumi gücü 1,5 mln. TEU olan konteyner terminalının 800 min TEU gücündəki I fazası tamamlanıb və fəaliyyətə başlamaq üçün liman idarəçisi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş.” ilə razılığa gəlinib. Liman bu həftə əməliyyatlara başlayacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, I faza 2015-ci ilin sonunda tamamlanaraq "Maersk" qrupunun "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib.

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, "Petkim" də əldə edilən gəlirlərdən pay alacaq. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub.

Ümumilikdə, 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq. Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.

Son xəbərlər

Orphus sistemi