Yuxarı
    Bağlamaq

    “Petlim”in II mərhələsi gələn ilin ilk rübündə tamamlanacaq

    “Petlim”in körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması yaxın zamanlarda yekunlaşacaq

    Bakı. 8 dekabr. REPORT.AZ/ “Petlim” konteyner limanı layihəsinin II mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır.

    “Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, Egey bölgəsinin ən böyük limanı olan “Petlim”in iri konteyner gəmilərinin yan alacağı körpü hissəsində və manevr meydanında dəniz dibinin kartoqrafik ştrixlərinin hazırlanması işləri yaxın zamanlarda tamamlanacaq. Bu işlər başa çatdıqdan sonra suyun 16 metr dərinliyinə nüfuz etmək mümkün olacaq.

    “Petlim” layihəsində ayrıca bir yük körpüsü də yer alıb. SOCAR-ın sərmayə qoyduğu digər bir struktura - "STAR" neft emalı zavoduna aid ağır yüklərin də bu körpüdən yüklənməsi effektiv qənaətə imkan yaradacaq”, - deyə SOCAR-dan bildirilib.

    Şirkətdən qeyd olunub ki, “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 mln. konteyner (TEU) saxlama gücünə malik terminalının I mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb. Birinci mərhələnin potensialı 800 min konteynerdir.

    “Konteyner limanı idarəçiliyi üzrə dünyanın lider qurumu olan “APM Terminals” ilə strateji əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan “Petlim” limanı SOCAR-ın hazırkı və gələcək logistik tələblərinin ödənilməsini hədəfə alıb. Liman tam gücü ilə işə başladıqda Mərmərə, Egey və Aralıq dənizlərində 11 min konteyner gücü olan gəmilərin rahatlıqla yanaşa biləcəyi yeganə liman olacaq”.

    Qeyd edək ki, “Petlim Limancılık Ticaret A.Ş.”də “Petkim Holding” 70%, ABŞ-ın “Goldman Sachs” investisiya bankı 30% paya malikdir. Liman inşaat mərhələsindəykən “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub.

    Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. I mərhələ 2015-ci ilin sonunda tamamlanaraq "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi