“Petlim”ə ilk konteyner gəmisi daxil olub

“Petlim”ə ilk konteyner gəmisi daxil olub "Maersk Bulan” gəmisi səhər saatlarında limana çatıb
Energetika
7 Dekabr , 2016 16:08
“Petlim”ə ilk konteyner gəmisi daxil olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Ötən gün “Petlim” konteyner limanına ilk konteyner gəmisi daxil olub.

“Report” bu barədə limanın idarəçisi “APM Terminals”a istinadən xəbər verir.

Bildirilir ki, "Maersk Bulan" gəmisi səhər saatlarında limana çatıb və rəsmi olaraq əməliyyatlar başlayıb.

Qeyd edək ki, bununla “Petlim”in I fazası fəaliyyətə başlayıb. I faza 2015-ci ilin sonunda tamamlanaraq "Maersk" qrupunun "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib. I fazada terminalın tutumu 800 min TEU təşkil edir. Hazırda II fazanın inşaat işləri həyata keçirilir. Bu mərhələ ilə birlikdə “Petlim”in ümumi tutumu 1,5 mln. TEU olacaq.

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan "Maersk"in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub.

Ümumilikdə, 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq. Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.

Son xəbərlər

Orphus sistemi