Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" xəbər verir ki, bu barədə "Petkim"in Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasındakı açıqlamasında qeyd edilib.
Bildirilib ki, STEAŞ-ın sahib olduğu "Petkim" sərmayəsinin 2,35%-i təmsil edən hissələr və STEAŞ-ın tabe olduğu ortağı "SOCAR Turkey Petrokimya"nın sahib olduğu "Petkim" sərmayəsinin 51%-ni təmsil edən paylar üzərində kredit verənlər lehinə təsis edilən girovlar qaldırılıb.
Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Holding”in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR/Turcas Enerji A.Ş." tərəfindən satın alınıb. 30 mart 2012-ci ildə isə “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,67% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.