“Petkim Limanı İdarəçiliyi” ikinci dəfə Yaşıl Liman sertifikatına layiq görülüb

“Petkim Limanı İdarəçiliyi” ikinci dəfə Yaşıl Liman sertifikatına layiq görülüb Mütəxəssislər tərəfindən limanlarda sağlamlıq və təhlükəsizlik, ətraf mühit idarəetmə sistemləri, enerji verimliliyi və s. yoxlanılıb
Energetika
3 Noyabr , 2016 18:27
“Petkim Limanı İdarəçiliyi” ikinci dəfə Yaşıl Liman sertifikatına layiq görülüb

Bakı. 3 noyabr. REPORT.AZ/ “Petkim Limanı İdarəçiliyi”nə ikinci dəfə Yaşıl Liman (Greenport) sertifikatı verilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qurum Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, Dəniz Ticarəti Baş Direktorluğu və Türk Standartları İnstitutu tərəfindən aparılan illik yoxlamalardan sonra bu sertifikata layiq görülüb.

Mütəxəssislər tərəfindən illik yoxlama çərçivəsində limanlarda sağlamlıq və təhlükəsizlik, ətraf mühit idarəetmə sistemləri, enerji verimliliyi və s. yoxlanılıb.

ISO 9001 Keyfiyyətli İdarəetmə Sistemi, OHSAS 18001 Əmək Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi, ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, ISO 50001 Enerji İdarəetmə Sistemi, IEC/ISO 27001 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi və TS/ISO 10002 Müştəri Məmnunluğu İdarəetmə Sistemindən ibarət idarəetmə sisteminə malik olan “Petkim” Yaşıl Lliman sertifikatını da bura əlavə edib.

Son xəbərlər

Orphus sistemi