Petkim Külək Elektrik Stansiyasının 42 MVt-ı tamamlanıb

Petkim Külək Elektrik Stansiyasının 42 MVt-ı tamamlanıb Külək Elektrik Stansiyasının 51 MVt olaraq fəaliyyət göstərməsi planlaşdırılır
Energetika
3 Aprel , 2017 10:59
Petkim Külək Elektrik Stansiyasının 42 MVt-ı tamamlanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Petkim yarımadası (İzmir, Türkiyə) ərazisində həyata keçirdiyi Külək Elektrik Stansiyası (KES) layihəsinin 42 MVt-ı tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “Petkim Holding”in Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu- KAP) açıqlamasında qeyd olunub.

“2014-cü il martın 28-də 51 MVt gücündə KES-ə investisiya barədə elan vermişik. Layihənin təxminən 42 MVt-lıq hissəsi tamamlanıb. Stansiyanın qalan 9 MVt-lıq hissəsi üçün işlər davam edir. Mövcud 25 MVt-lıq lisenziyamız çərçivəsində KES fəaliyyətə başlayıb. Lisenziyamızın 51 MVt olaraq düzəldilməsinə icazə verilməsi üçün Enerji Bazarını Tənzimləmə Qurumuna müraciət ediləcək”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, qalan 9 MVt-lıq hissənin tamamlanması və lisenziyada dəyişiklik edilməsi ilə KES-in 51 MVt olaraq fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, Petkim Külək Elektrik Stansiyasının inşasının bu il tamamlanması gözlənilir. Layihənin dəyəri 55 mln. avro həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi