"Petkim"in bu il investisiyası 100 mln. dollar olacaq

"Petkim"in bu il investisiyası 100 mln. dollar olacaq Gələn il isə bu göstəricinin daha çox olacağı gözlənilir
Energetika
13 Oktyabr , 2017 16:12
Petkimin bu il investisiyası 100 mln. dollar olacaq
"Petkim Holding"in baş direktoru Anar Məmmədov / Report/ Firi Salim

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna "Petkim"ə yatırılan investisiyanın həcmi, təxminən, 100 mln. dollara çatacaq.

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə büdcə hələlik müəyyənləşməyib: "Amma təxmin edirəm ki, investisiyanın həcmi 100 mln. dollardan çox olacaq".

İstehsal həcminə gəlincə isə o qeyd edib ki, illik istehsalın həcmi 2 mln. ton təşkil edir: "Petkim"in Türkiyə bazarında payı hazırda 20%-dir".

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

Son xəbərlər

Orphus sistemi