Yuxarı
    Bağlamaq

    "Petkim"in aktivləri 15% artıb

    Şirkətin xalis mənfəəti isə 14% artıb

    Bakı. 3 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in törəmə qurumlarla birlikdə ümumi aktivləri 2016-cı ilin sonuna 6,269 mlrd. Türkiyə lirəsi (TRY) təşkil edib.

    “Report” Holdinqin hesabatına əsasən xəbər verir ki, bu, 2015-ci ilin yekun göstəricisindən 14,8% çoxdur.

    Ötən il şirkətin vergi öncəsi mənfəəti 781,883 mln. lirə (illik artım - 36%) olub. Bir il öncə isə həmin göstərici 573,827 mln. lirə təşkil edib. 2016-cı ildə “Petkim”in xalis mənfəəti isə 2015-ci ilə nisbətən 14% artaraq 731,687 mln. lirəyə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi