"Petkim Holdinq"in 51 illiyi qeyd olunub

"Petkim Holdinq"in 51 illiyi qeyd olunub Kənan Yavuz: "Türkiyə və Azərbaycan Prezidentlərinin liderliyi və dəstəyi ilə layihələr zamanında tamamlanacaq"
Energetika
5 Aprel , 2016 13:50
Petkim Holdinqin 51 illiyi qeyd olunub

Bakı. 5 aprel.REPORT.AZ/ "Petkim (PetroKimya) Holdinq A.Ş."nin yaradılmasının 51 illiyi qeyd olunub. "Report" xəbər verir ki, bu barədə holdinqin sosial şəbəkədəki səhifəsində qeyd olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru, "Petkim Holdinq"in İdarə Heyətinin üzvü Kənan Yavuz sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edib ki, Petkim yarımadasında həyata keçirilən layihələrdə hazırda 15 min nəfər çalışır.

O qeyd edib ki, Türkiyə və Azərbaycan Prezidentlərinin liderliyi və dəstəyi ilə bütün layihələr zamanında tamamlanacaq.

Qeyd edək ki, 1965-ci il aprelin 3-də başda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb.

Daha sonra qurumun digər müəssisələri də işə salınıb. "Petkim"in ən müasir texnologiyalarla təchiz edilmiş və optimal istehsal güclərinə malik ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa bölgəsində fəaliyyətə başlayıb.

2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq A.Ş."-nin səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,68% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. Daha sonra müəyyən hissələr satılıb və hazırda SOCAR-ın "Petkim"də payı 56,32%-dir.

Hazırda "Petkim"in nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi