Yuxarı

​"Petkim Holding": Fəaliyyətimiz normal şəkildə davam edir

Bu hadisələrin şirkətin fəaliyyətinə hər hansı təsiri yoxdur

Bakı. 2 avqust. REPORT.AZ/ "Müxtəlif media orqanlarında şirkətimizin Əliağa ərazisinə polis araşdırması çərçivəsində əməliyyat təşkil edildiyi ilə bağlı xəbərlər yayımlanır".

"Report" xəbər verir ki, bu, "Petkim Petrokimya Holding"in Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu- KAP) açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu hadisələrin şirkətin fəaliyyətinə hər hansı təsiri yoxdur. "Fəaliyyətlərimiz normal şəkildə davam edir", - deyə açıqlamada diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi