"Petkim Holding" enerji məhsuldarlıq müsabiqəsində qalib olub

"Petkim Holding" enerji məhsuldarlıq müsabiqəsində qalib olub Mükafatı Türkiyənin enerji və təbii sərvətlər naziri təqdim edib
Energetika
15 Yanvar , 2016 10:51
Petkim Holding enerji məhsuldarlıq müsabiqəsində qalib olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən "Petkim (PetroKimya) Holding A.Ş." "Sənayedə enerji məhsuldarlığı layihə müsabiqəsi"ndə qalib olub.

"Report" xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.

Mükafatı Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq "Petkim Holding"in baş direktoru Sadəddin Qorquda təqdim edib.

Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilən hərracda “Petkim Holding”in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR/Turcas Enerji A.Ş." tərəfindən alınıb. 30 mart 2012-ci ildə isə “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,68% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

Son xəbərlər

Orphus sistemi