Pərviz Şahbazov Şabranda vətəndaşları qəbul edib

Pərviz Şahbazov Şabranda vətəndaşları qəbul edib Bu gün energetika naziri Pərviz Şahbazov Şabran şəhərində vətəndaşları qəbul edib.
Energetika
15 Dekabr , 2023 16:41
Pərviz Şahbazov Şabranda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Şabran şəhərində vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik enerjisi verilişinin keyfiyyəti, şəbəkələrin mühafizə zonası, qaz təchizatı, qaz təzyiqinin aşağı olması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Şabran rayon sakinləri ilə yanaşı Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Quba və Siyəzən rayonlarından olan 20 vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi