Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib

Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib Bu gün energetika naziri Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib.
Energetika
24 Yanvar , 2025 14:01
Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, kabelləşmə, elektrik xətlərinin istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qazlaşdırma, qaz kəmərinin yenilənməsi, qaz sayğacının yerdəyişməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Qobustan, Göyçay, Sabirabad, Ağsu, Xəzər və Biləsuvar rayonlarından olan 20 vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi