Pərviz Şahbazov Qəbələdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Qəbələdə vətəndaşları qəbul edib Bu gün energetika naziri Pərviz Şahbazov Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Energetika
24 İyun , 2022 17:52
Pərviz Şahbazov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov Qəbələ şəhərində vətəndaşları qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi və qaz təchizatı, elektrik və qaz sərfiyyatına görə yaranan borc və cərimələr, elektrik xətt və dirəklərinin yenilənməsi, qurğu və avadanlıqlarının istismara yararsızlığı, sayğacların quraşdırılması, abonent kodunun aktivləşdirilməsi, transformatorun yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Mingəçevir şəhəri, Qəbələ və Şəki rayonlarından olan 13 vətəndaş iştirak edib.

Son xəbərlər

Orphus sistemi