Pərviz Şahbazov: “Qaradağ" GES BƏƏ ilə “yaşıl enerji" əməkdaşlığımızın başlanğıcıdır”

Pərviz Şahbazov: “Qaradağ" GES BƏƏ ilə “yaşıl enerji" əməkdaşlığımızın başlanğıcıdır” "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inşası Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərinə yüksək töhfə və bu ölkə ilə “yaşıl enerji" əməkdaşlığının başlanğıcıdır.
Energetika
11 May , 2022 10:27
Pərviz Şahbazov: “Qaradağ GES BƏƏ ilə “yaşıl enerji əməkdaşlığımızın başlanğıcıdır”

"Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inşası Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərinə yüksək töhfə və bu ölkə ilə “yaşıl enerji" əməkdaşlığının başlanğıcıdır.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu BƏƏ-yə səfəri çərçivəsində naziri Pərviz Şahbazov bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha da ifadə edilib.

P. Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib, bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.

Son xəbərlər

Orphus sistemi