Pərviz Şahbazov: “OPEC plus” tarixi missiyasının öhdəsindən uğurla gəlib”

Pərviz Şahbazov: “OPEC plus” tarixi missiyasının öhdəsindən uğurla gəlib” Avqustda gündəlik xam neft hasilatının “OPEC plus” ölkələrində 648 min barel, o cümlədən Azərbaycanda 11 min barel artırılması ilə iki ildən çox müddəti əhatə edən tarixi razılaşma üzrə böyük həcmli öhdəliklər yekunlaşır.
Energetika
30 İyun , 2022 18:00
Pərviz Şahbazov: “OPEC plus” tarixi missiyasının öhdəsindən uğurla gəlib”
Pərviz Şahbazov

Avqustda gündəlik xam neft hasilatının “OPEC plus” ölkələrində 648 min barel, o cümlədən Azərbaycanda 11 min barel artırılması ilə iki ildən çox müddəti əhatə edən tarixi razılaşma üzrə böyük həcmli öhdəliklər yekunlaşır.

“Report”un məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, “OPEC plus” balanslı yanaşma, çevik tənzimləmə və yüksək həmrəylik sayəsində qlobal neft bazarının sabitləşdirilməsi ilə bağlı tarixi missiyasının öhdəsindən uğurla gəlib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 29-cu iclasında qəbul edilmiş qərara əsasən, gündəlik neft hasilatı iyulda 648 min barel artırılacaq. İyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barel artırılaraq 706 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barel həcmində olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi