Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək

Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib
Energetika
1 Dekabr , 2020 15:58
Pərviz Şahbazov OPEC+ ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək
Pərviz Şahbazov

Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Bu barədə “Report”a Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi