Pərviz Şahbazov OPEC-in rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Pərviz Şahbazov OPEC-in rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib “Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.
Energetika
6 İyul , 2022 10:21
Pərviz Şahbazov OPEC-in rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

“Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.

“Report” xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC)-in baş katibi Məhəmməd Sanusi Barkindonun vəfatı ilə bağlı başsağlığı verən energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, M.S.Barkindo OPEC tarixində iz qoyub: “Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi