Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi layihəsinin bütün komponentləri uğurla həyata keçirilir"

Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi layihəsinin bütün komponentləri uğurla həyata keçirilir" Bakı. 15 fevral.  REPORT.AZ/ Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclasında ötən il görülmüş işlər nəzərdən keçirildi, gələn il görüləcək işlər müzakirə olundu və bir sıra sənədlər imzalandı.
Energetika
15 Fevral , 2018 17:23
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi layihəsinin  bütün komponentləri uğurla həyata keçirilir
Pərviz Şahbazov / Report/ Firi Salim

Bakı. 15 fevral.  REPORT.AZ/ "Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclasında ötən il görülmüş işlər nəzərdən keçirildi, gələn il görüləcək işlər müzakirə olundu və bir sıra sənədlər imzalandı".

"Report" xəbər verir ki, bunu iclasdan sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, iclasda Cənub Qaz Dəhlizi  layihəsinin 4 komponentinin icra vəziyyəti müzakirə edilib: "Bu layihənin bütün komponentləri qabaqcadan planlaşdırıldığı kimi uğurla həyata keçirilir. İcra səviyyəsi qaneedici səviyyədədir. Prezident də tövsiyələrini verdi. Bu ilin ortasında ilk Azərbaycan qazının Türkiyəyə çatdırılması nəzərdə tutulur. 2020-ci ilə isə "Şahdəniz" qazı İtaliyanın cənubuna çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi