Pərviz Şahbazov: “Bu il Azərbaycanda elektrik enerjisini istehlakı 4,5% artacaq”

Pərviz Şahbazov: “Bu il Azərbaycanda elektrik enerjisini istehlakı 4,5% artacaq” "Bu ilin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir".
Energetika
20 Oktyabr , 2021 10:31
Pərviz Şahbazov: “Bu il Azərbaycanda elektrik enerjisini istehlakı 4,5% artacaq”

"Bu ilin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir".

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, bu il 4,8% artımla 27,1 mlrd. kVt·st, 2022-ci ildə 27,5 mlrd. kVt·st, 2023-cü ildə 27,8 mlrd. kVt·st, 2024-cü ildə 28 mlrd. kVt·st, 2025-ci ildə isə 28,3 mlrd. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Nazir bildirib ki, elektrik enerjisini istehlakının isə bu il 4,5% artaraq 23 mlrd. kVt·st, gələn il 23,5 mlrd. kVt·st, 2023-cü ildə 23,9 mlrd. kVt·st , 2024-cü ildə 24 mlrd. kVt·st və 2025-ci ildə isə 24,3 mlrd. kVt·st olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi