Pərviz Şahbazov: "Azərbaycanın OPEC-ə qoşulması gündəmdə deyil"

Pərviz Şahbazov: "Azərbaycanın OPEC-ə qoşulması gündəmdə deyil" "Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir"
Energetika
119
23 Aprel , 2018 12:07
Pərviz Şahbazov: Azərbaycanın OPEC-ə qoşulması gündəmdə deyil
Energetika naziri Pərviz Şahbazov / Report

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) qoşulması məsələsi gündəmdə deyil.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

"Biz hazırda OPEC-lə sıx əməkdaşlıq edirik və bundan çox razıyıq. Gələcəkdə də OPEC+ formatında əməkdaşlığa müvəffəqiyyətlə davam edəcəyik. Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir", -  nazir deyib.