Pərviz Şahbazov: “Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb”

Pərviz Şahbazov: “Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb” Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edib.
Energetika
16 İyul , 2019 17:47
Pərviz Şahbazov: “Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb”
Energetika naziri Pərviz Şahbazov / Report/ Elchin Murad

Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edib.

“Report”un Nazirliyin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib:

“Azərbaycanın neft siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin “Neft Strategiyası”ilə bağlıdır. Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb ki, bunun da, təxminən, 85 mlrd. dollara yaxını xarici investisiyanın payına düşür”.

P.Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpa olunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpa olunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib. Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncamının əhəmiyyətini yüsək qiymətləndirib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi